Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

keşnişli səbzə şorbası

İçindəkilər:

yarım kasa düyü
yarım kasa incə vermişel
1 ədəd yaşıl bibər
1 ədəd qırmızı bibər
1 orta ölçülü kartof
1 böyük pomidor
1 yerkökü
1 baş quru soğan
1 xörək qaşığı un
2 xörək qaşığı duru yağ
5 stəkan ət suyu keşniş

6 nəfərlik Bişmə müddəti 15 dəqiqə


Hazırlanması:

İlk olaraq yeməklik doğradığınız soğanı duru yağda qovurun. Üzərinə 1 xörək qaşığı un əlavə edib qarışdıraraq qovurmağa davam edin.

Daha sonra üzərinə incə doğranmış yaşıl və qırmızı bibərləri əlavə edin. Bir neçə dəqiqə daha qovurduqdan sonra 5 stəkan ət suyu qoyun. Su qaynamağa başlayın üzərinə kiçik doğranmış kartof, pomidor və yerkökünü əlavə edin.

Bir az qaynadıqdan sonra içinə incə vermişeli, düyünü atın və bişənə qədər qaynadın

Ocaqdan almazdan əvvəl incə doğradığın keşnişi də əlavə edin. Bol vitaminli şorbanız isti-isti servisə hazırdır.


Tarix: 18.12.2012 / 14:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 207 Bölmə: Şorbalar ve Helimler
loading...