Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KÜFTƏ-BOZBAŞ

Qoyun əti – 163 q,

quyruq – 20 q,

düyü – 15 q,

təzə alça – 30 q,

noxud – 25 q,

kartof – 150 q,

baş soğan – 18 q,

zəfəran – 0,1 q,

quru nanə - 0,1 q,

istiot,

duz.


Küftə - bozbaş üçün sümüklərdən bulyon bişirilir. Qoyun ətinin yumşaq hissəsi baş soğanla birlikdə ətçəkən maşından keçirilir. Qiyməyə düyü, istiot, duz qatılıb yaxşı qarışdırılır. Hər küftənin içərisinə 2-3 ədəd yuyulmuş alça qoyulur. Noxud bulyonda bişdikdən sonra küftələr bulyona salınır və bişirilir. Həmçinin kartof və narın doğranıb qızardılmış soğan əlavə edilir. Xörəyin hazır olmasına 10-15 dəqiqə qalmış ona duz, istiot və zəfəran məhlulu əlavə edilib hazır vəziyyətə çatdırılır. Süfrəyə veriləndə üzərinə keşniş, yaxud quru nanə səpilir.


Tarix: 21.12.2012 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 297 Bölmə: Şorbalar ve Helimler
loading...