Kök şorbası
Vəsaitlər:
• 2-3 dənə böyük kök
• 6 stəkan su və ya ət suyu
• 2 şorba qaşığı marqarin
• 1 qəhvə fincanı kartof suyu
• 2 ədəd yumurta
• Yarım dəstə cəfəri
• 3 ədəd yaşıl bibər
• Duz
Bişirmək qaydası.
Kökləri yaxşıca soyub yuduqdan sonra kiçik kublar halında doğrayın və yaxşıca yumşalana qədər qaynadın. Suyunu saxlayıb kökləri götürüb yaxşıca əzin. Saxladığınız suyun içinə əzilmiş kökləri əlavə edin.
Digər tərəfdən bir tavada marqarini əridin. İçinə kartof suyunu tökün. Qarışdıraraq bişirin. Bişirdiyiniz kartof suyunu şorbanın üzərinə yavaş yavaş əlavə edin. Duzunu bibərini əlavə edib ağır atəşdə qaynamağa buraxın.
Süfrəyə verməzdən əvvəl yumurtaları çırpıb əlavə edin. İstəsəniz üzərinə cəfəri səpin.
Tarix: 29.11.2014 / 12:13 Müəllif: Aziza Baxılıb: 56 Bölmə: Şorbalar ve Helimler