Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yayla Şorba

Yayla Şorbası

4-5 pay üçün

3 stəkan qatıq
4 stəkan su
1 ədəd yumurta
3 xörək qaşığı un
3 xörək qaşığı yumru düyü
3 xörək qaşığı kərə yağı
2 çay qaşığı narın quru nanə (süzgəcdən sürtərək keçirin ki, narın olsun)
Balaca çimdik qırmızı şirin toz bibər (zəruri deyil)
Zövqə görə duz


Bir qazanda qatıq, su, yumurta, un və düyünü yaxşıca qarışdırın. Orta odda taxta qaşıqla dəyanmadan qarışdıraraq qaynayanadək bişirin. Qaynayandan sonra tez-tez qarışdıra-qarışdıra düyü bişənədək bişirməyə davam edin. Düyü bişəndə şorbanı kənara çəkin.

Balaca tavada yağı qızdırın. Cızıldamağa baslayan kimi, kənara çəkib quru nanə və pul bibəri (zəruri deyil) əlavə edib yarım dəqiqə qarışdırın. Alınan qarışığı şorbaya əlavə edib, qarışdırın. Zövqə görə duz vurun. Süfrəyə çörəklə verin.

QEYD – bu şorbaya bişmiş noxud da əlavə etmək olar. Ya suda islağa qoyulub sonra bişirilmiş noxud, ya da konserv noxuddan istifadə etə bilərsiniz. Bunları şorba bişəndən sonra ona əlavə edin.


Tarix: 18.12.2012 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 391 Bölmə: Şorbalar ve Helimler
loading...