Xırda küftəcikli şorba - Resept
Lazım olan ərzaqlar:
100 qram qoyun əti
15 qram ərinmiş yağ
1 ədəd soğan
200 qram kartof
100 qram pomidor, və yaxud 15 qram tomat püresi
Duz, istiot
Zövqə görə göyərti
Hazırlanması:
Qoyun əti sümüklərdən ayrılır və baş soğan qatılaraq ət çəkən maşından keçirilir. Çəkilmiş ətə duz, istiot vurulub qarışdırılır və hərəsi 20 – 25 qram çəkidə xırda küftəciklər hazırlanır. Sümüklərdən isə bulyon bişirilib, süzülür və bunun içinə soyulmuş, doğranılmış kartof tökülür. Sonra isə bulyona küftə, qızardılımış soğan, tomat, pomidor qatılıb bişirilir. Hazır olmasına az qalmış ədviyyat vurulur.
Nuş Olsun
Tarix: 29.11.2014 / 12:47 Müəllif: Aziza Baxılıb: 34 Bölmə: Şorbalar ve Helimler
loading...