Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ədviyyatlı Kök Şorbası

Tərkibi:

Yarım kilo kök
1 ədəd orta boy soğan
4 yemək qaşığı zeytun yağı
1 litr toyuq suyu
Yarım limonun suyu
1 çay qaşığı qara bibər
2 yemək qaşığı təzə doğranmış keşniş
Damaq dadınıza görə duz

Hazırlanması:

Soğanın qabıqlarını soyub, küp şəklində doğrayın. Qazana zeytunyağını əlavə edib, qızdırın və üzərinə soğanları əlavə edin.
Orta dərəcəli odda, soğanların rəngi dəyişənə qədər qovurun. Köklərin qabıqlarını soyub, halqa şəklində doğrayın.
Doğranmış kökləri qazana əlavə edib, qovurun. Toyuq suyu, limon suyu, qara bibər, keşniş və duzu qazana əlavə edin.
Orta dərəcəli odda qarışımı, köklər yumuşayana qədər bişirin. Şorbanı ocaqdan götürüb, blenderlə ərzaqlar xırda-xırda olana qədər əzin.
Kasalara pay edib, cəfəri ilə xidmət edin.

Nuş olsun!


Tarix: 29.11.2014 / 12:29 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Şorbalar ve Helimler
loading...