Fındıqlı keks
Ərzaqlar:
4 ədəd yumurta
1 su stəkanı şəkər
1 su stəkanı maye yağ
1 su stəkanı iri döyülmüş fındıq
1 su stəkanı rəndələnilmiş kök
1 çay qaşığı darçın
1 paket qabartma tozu
1 paket vanil
3 su stəkanı un
üzərinə:
pudra şəkəri
Hazırlanma qaydası:
Yumurta və şəkəri ağlaşana qədər, təxminən 3-4 dq. mikserdə yüksək sürətdə çırpın. Süd, fındıq, kök və ayrı qabda elediğiniz un və qabartma tozunu yumurtalı qarışığa əlavə edib, mikserdə aşağı sürətdə çırpın.
Yağlanmış qəlibə töküb, əvvəldən isidilmiş 160 dərəcə sobada batırdığınız çöp dənəsi ilə təmiz çıxana qədər bişirin. Keks soyuduqdan sonra üzərinə pudra şəkəri ələyin.
Nuş olsun.
Tarix: 08.12.2012 / 15:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 230 Bölmə: Şirniyyatlar
loading...