Ərzaqlar:
200 qram kərə yağı
2 yumurta
2 stəkan un
1 stəkan şəkər tozu
8-10 gavalı
0,5 ç.q. qabartma tozu
1 büküm vanil şəkəri
bir az rom (tünd içki növü)
Hazırlanma qaydası:
Yumşaldılmış 100 qram kərə yağını 0,5 stəkan şəkər tozu ilə qarışdırıb, mikserlə çalın. Üzərinə 2 yumurta əlavə edib, yenidən yaxşıca çalın. Sonra üzərinə qabartma tozu ilə qarışdırılmış 1 stəkan unu əlavə edib, mikserlə çalmağa davam edin.
Xəmiri bişirmək üçün xüsusi forma qabına yerləşdirib, üzərinə yarı kəsilmiş gavalıları bərabər şəkildə düzün.
Ovuntunu hazırlamaq üçün: 100 qram kərə yağı, 1 stəkan un, 0,5 stəkan şəkər tozu və vanil şəkərini birləşdirib, əlinizlə ovuntu alınana qədər yaxşıca qarışdırın. Sonra alınmış ovuntu ilə gavalıların üzərindən səpin.
Piroqu 160-180 dərəcə qızdırılmış sobada 40 dəqiqə ərzində bişirin. Nuş olsun!
Tarix: 08.12.2012 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 260 Bölmə: Şirniyyatlar