Qarışqaların yaratdığı möcüzəvi mənzərəni təsvir edən tortun resepti
Ərzaqlar:
Xəmir üçün: 200 qram kərə yağı
3 x.q. şəkər tozu
3 x.q. xama
1,5-2 ç.q. yumşaldıcı
4 stəkan un
bir az vanilin
Krem üçün:
200 qram kərə yağı
1 banka qatılaşdırılmış süd (suda bişmiş olsun)
Tortu bəzəmək üçün:
şokolad
30-50 qram qoz ləpəsi
Xaşxaş
Hazırlanma qaydası:
Unu ələkdən keçirib, yarı hissəsinə yumşaldıcı əlavə edin. Kərə yağını əridib, təmiz boşqaba tökün. Kərə yağın üzərinə şəkər tozu, xama, vanilin əlavə edib, qarışdırın. Tədricən un əlavə edərək, xəmir yoğurun (əvvəlcə yumşaldıcı qarışdırılan unu, sonra isə qalan unu əlavə edin). Xəmir yoğurandan sonra 30-40 dəqiqə ərzində soyuducuya yerləşdirin.
Soyudulmuş xəmiri ətçəkən maşından və yaxud sürtkəcin iri gözündən (onda əvvəlcə soyuducuya yox, dondurucu kamera yerləşdirin) keçirin. Ətçəkən maşından keçirilən xəmiri, bişirmək üçün xüsusi forma qabına yerləşdirin (yağlamaq lazım deyil). 180 dərəcə qızdırılmış sobada 25-30 dəqiqə ərzində xəmir qızarana qədər bişirin.
Bişmiş kövrək xəmiri soyudub, əlinizlə xırdalayaraq, ovun.
Krem hazırlamağa başlayın: yumuşaldılmış kərə yağını 1-3 dəqiqə ərzində mikserdə çalın. Tədricən üzərinə 1 xörək qaşığı ilə bişmiş qatılaşdırıcı süd əlavə edərək, yaxşıca çalın. (Yaxşı olar ki, qatılaşdırıcı südü özünüz ev şəraitində suda bişirəsiz).
Xırda doğranılmış (ovulmuş) korjun üzərinə krem, xırda doğranılmış qoz ləpəsi əlavə edib, qarışdırın. Sonra boşqabda tortu “təpəcik” şəkilndə yerləşdirin. Tortun üzərinə xaşxaş və sürtkəcdən keçirilmiş şokolad səpin. Tortu canına çəkdirmək üçün bir neçə saata soyuducuya yerləşdirin (yaxşı olar ki, gecədən hazırlayıb, soyuducuya yerləşdirəsiz). Nuş olsun!
Tarix: 08.12.2012 / 14:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 2342 Bölmə: Şirniyyatlar