Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ananaslı tort

Lazım olan ərzaqlar:

4 yumurta
1,5 stəkan un
1,25 stəkan şəkər
0,5 stəkan bitki yağı
1 stəkan blenderdə xırdalanmış ananas (konservləşdirilmiş kompotdan)
1 stəkan xırda ovulmuş qoz
xırdalanmış zəncəfil 0,5 stəkan təbii qatıq

Hazırlanması:

Gülməli dərəcədə tez hazırlanır – qarışdırıb, bişməyə qoymaq və 40 dəqiqədən sonra hazırdır.

Mətbəx sobasını («duxovka») 180 dərəcəyədək qızdırmaq, tavanı yağlamaq.

Yumurta, un, şəkər və qıtığı qarışdırmaq, buna digər ərzaqları qatmaq (qozun yalnız 2/3-i). Xəmiri tavaya qoymaq. Qozun qalanını 1 qaşıq şəkərlə qarışdırmaq və alınan kütləni xəmirin üzərinə səpmək. Sobada 40 dəqiqə bişirəndən sonra tort hazırdır.


Tarix: 08.12.2012 / 15:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 338 Bölmə: Şirniyyatlar
loading...