Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşu Amana

Ləvazimatlar:

Un – 1 kq

Kərə yağı – 500 q

Şəkər tozu – 50 q

Yumurta – 5 ədəd

Maya – 50 q

Su – 100 q

Küncüd

Çörəkotu

Duz

Ətli içlik üçün:

Can əti – 500 q

Baş soğan – 2 ədəd

Duru yağ – 50 q

Zirinc – 20 q

Yumurta sarısı – 1ədəd

Keşniş, şüyüd

Duz və qırmızı istiot

Pendirli içlik üçün:

Pendir – 150 q

Yumurta sarısı – 1 ədəd

Cəfəri

Hazırlanma qaydası
1.Ətli içliyi hazırlamaq üçün: can əti baş soğanla birlikdə ətçəkən maşınından keçirilib duru yağda qovrulur. Üzərinə xırda doğranılmış göyərti, zirinc, duz, istiot və yumurtanın sarısı əlavə edilib odun üzərindən götürülür.
2.Pendirli içliyi hazırlamaq üçün: Sürtgəcdən keçirilmiş pendirin üzərinə xırda doğranılmış cəfəri və yumurtanın sarısı əlavə edilib qarışdırılır.
3.Xəmiri hazırlamaq üçün: masaya ələnmiş un səpilir, üzərinə otaq temperaturunda yumşalmış kərə yağı, 3 yumurta, maya və şəkər tozu əlavə edilir. İnqrediyentlərə tədricən su əlavə olunur və qarışıq asta-asta ovulur. Nəticədə yumşaq xəmir əmələ gəlir.
4.Hazır xəmir yayılır və stəkanın ağzı ilə dairələr kəsilir.
5.Dairələrin üzərinə ayrı-ayrı içlikdən qoyulub, mərkəz hissəsi açıq qalmaq şərtilə üç tərəfdən ucları bərkidilib yumurta sarısı çəkilir.
6.Ətli içlikli “uşu amana”nın üzərinə çörəkotu, pedirlinin isə küncüd səpilir.
7.”Uşu amana” öncədən 180 dərəcəyədək qızdırılmış sobada 15-20 dəq. bişirilir.


Tarix: 08.12.2012 / 15:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 386 Bölmə: Şirniyyatlar
loading...