Ərzaqlar:
170 qram acı şokolad (59-70% kakao)
170 qram kərə yağı
250 qram şəkər tozu
3 ədəd yumurta
125 qram un
1 ç.q. qabartma tozu
bir çimdik duz
Krem üçün:
25 qram şokolad
50 ml qaymaq (35%)
Trüfel üçün:
150 qram şokolad
70 ml qaymaq (35%)
2 x.q. kakao
1 x.q. şəkər pudrası
Şirə üçün:
50 qram acı şokolad
70 ml qaymaq (35%)
1 x.q. şəkər pudrası
Hazırlanma qaydası:
Xəmiri hazırlamaq üçün: əridilmiş şokoladın üzərinə xırda doğranılmış kərə yağı töküb, buxarda istilədərək, əridin. Sonra üstünə şəkər tozu əlavə edib, həll olunana qədər qarışdırın. Soyutmaq üçün kənara qoyun. Sonra üstünə tədricən yumurtaları əlavə edib, qarışdırın. Unu qabartma tozu ilə qarışdırıb, şokoladlı qarışığın içinə tökün.
Diametri 26 santimetr olan yumru tort formasını yağlayın və dibinə perqament kağızı sərin. Sonra perqament kağızın üstündən kərə yağı çəkib, hazırlanmış xəmiri içinə bərabər şəkildə tökün. Korju 170 dərəcə qızdırılmış sobada 35-40 dəqiqə ərzində bişirin. Bişmiş korju duxovkadan çıxarıb, soyumaq üçün kənara qoyun. Korj öz formasında bir qədər soyuduqdan sonra, onu formadan çıxardıb, 8-12 saat müddətində soyuducuda saxlayın.
Krem hazırlamaq üçün: qaymağı qazana töküb, istilədin (qaynamağa qoymayın). Sonra isti qaymağın üstünə xırdalanmış şokoladı töküb, qarışdırın. Şokoladlı qarışığı bir neçə saat soyuducuda saxlayın.
Trüfeli hazırlamaq üçün: şokoladı xırdalayıb, isti qaymağın üstünə tökərək, qarışdırın. Şokoladlı qarışığı soyuducuya yerləşdirin.
Tortun Yığılması:
Soyumuş korju iti bıçaqla ikiyə bölün (istəsəniz korju bölməyə də bilərsiz). Şokoladlı kremi korjun üstünə çəkin. Kremin üstündən isə korjun digər yarısını yerləşdirin.
Şirəni hazırlamaq üçün: qaymağı istilədib (qaynamağa qoymayın), üstünə şəkər pudrası tökərək, qarışdırın. Üstündən doğranılmış acı şokoladı töküb, qarışdıraraq, odun istündən götürün. Sokoladlı şirəni, soyudub, yarısını korjun üstünə tökərək, bərabər şəkildə yayın.
Hazır tortu soyuducuya qoyun. Sonra tortu soyuducudan çıxarıb, üzərinə qalan şokoladlı şirəni töküb, trüfellərlə və şokoladın ovuntuları ilə bəzəyin. Tortu yenə də bir neçə saata soyuducuda saxlayın. Nuş olsun!
Tarix: 08.12.2012 / 14:50 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 646 Bölmə: Şirniyyatlar