Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meyvəli təpəcik tortu

Ərzaqlar:

Biskvit üçün:
4-5 ədəd yumurta
1 stəkan un
1 stəkan şəkər tozu
1 x.q. kartof nişastası
1-2 x.q. kakao

Krem üçün:
2-3 x.q. tez həll edilə bilən jelatin
500-600 ml qaymaq (33%)
0,75 stəkan şəkər pudrası
300 ml ərik və yaxud şaftalı yoqurtu
200 ml ərik və yaxud ananas kompotu

Korjların üzərinə çəkmək üçün:
200 ml ərik və yaxud portağal siropu
1 banka konservləşdirilmiş ərik və yaxud şaftalı (400 qr)
1 banka konservləşdirilmiş ananas (500 qr)
1-2 ədəd banan
20 qram südlü və yaxud acı şokolad
Tortu bəzəmək üçün çalınmış qaymaq

Hazırlanma qaydası:
Şokoladlı biskviti hazırlayıb, onu 2 hissəyə bölün. Birinci korjun üzərinə istədiyiniz siropu çəkin. Doğranılmış biskvitin ikinci hissəsini isə, xırda kub şəklində doğrayın.
Konservləşdirilmiş ərik, ananas və bananları xırda kubik şəklində doğrayın.
İri salat qabını bitki yağı ilə yağlayıb, dibinə ərzaq üçün nəzərdə tutulan sellofan qoyun. Salat qabının dib və kənarları gözəl görünsün deyə, onları ananas halqaları və ərik dilimləri ilə bəzədin.
Doğranılmış biskvitin üzərinə xırda doğranılmış meyvə dilimlərini əlavə edib, qarışdırın. İstəsəniz, biskvit kubiklərin üzərinə sürtkəcdən keçirilmiş ağ şokolad da əlavə edə bilərsiz.
Soyudulmuş qaymağı şəkər pudrası ilə yaxşıca çalın.
Jelatinin üzərinə qaynar kompot və yaxud su töküb, jelatin tam həll olunana qədər 7 dəqiqə ərzində qarışdırın.
Yoqurtu boşqaba töküb, üstündən süzgəcdən keçirilmiş jelatin və çalınmış qaymağı əlavə edərək, yaxşıca qarışdırın. Sonra bu qarışıqdan salat qabının dibinə bir az tökərək, üstündən doğranılmış biskvitləri qoyun. Üstündən yenə də jeatinli-qaymaqlı qarışıqdan töküb, üzərinə xırda doğranılmış biskvitləri qoyun. Və beləcə növbə ilə salat qabı dolana qədər təkrarlayın. Üstündən biskvit korju qoyub, tortu 6-7 saat ərzində soyuducuda saxlayın.
Hazırlanmış tortu salat qabından çıxarıb, başqa bir boşqabda çevirərək, yerləşdirin.
Tortu süfrəyə verərkən, sürtkəcdən keçirilmiş şokolad və çalınmış qaymaq ilə bəzədin. Nuş olsun!


Tarix: 08.12.2012 / 14:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 618 Bölmə: Şirniyyatlar
loading...