Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Moruqlu blinçiklər

Ləvazimatlar

Moruq – 200 q
Dondurma – 200 q
Un – 100 q
Yumurta – 3 ədəd
Şəkər tozu – 20 q
Süd – 100 q
Duru yağ – 40 q
Vanil – 10 q
Şokolad – 50 q

Hazırlanması:

1. Blinçikin xəmirini hazırlamaq üçün: yumurtanın üzərinə şəkər tozu, süd, duru yağ, vanil əlavə edilib çalınır.
2. Ərzaqların üzərinə az-az un əlavə olunub yenidən çalınır.
3. Tavada adi qaydada blinçik hazırlanır.
4. Dondurma moruğun yarısıyla qarışdırılır.
5. Stəkanın ağzı ilə blinçikin üzərində dairələr kəsilir, üzərinə moruqlu dondurma qoyulur və tülpan kimi bükülür.
6. Desert qalan moruq və sürtgəcdən keçirilmiş şokoladla bəzədilib 1 saat soyuducuda saxlanılır.


Tarix: 08.12.2012 / 15:31 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 264 Bölmə: Şirniyyatlar
loading...