Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şaftalılı dondurma tortu

Ərzaqlar:

250 qram ağ plombirli dondurma

100 qram şokoladlı plombir

50-70 ml qaymaq (35%)

1/4 stəkan şəkər pudrası

50 qram şaftalı

Hazırlanma qaydası:

Ağ plombiri boşqabın içinə və kənarlarına bərabər şəkildə tökərək, 30-40 dəqiqə ərzində dondurma kamerasında saxlayın. Sonra ağ plombirin üzərindən şokoladlı dondurmanı töküb, bərabər şəkildə yayın. Sonra tortu 30-40 dəqiqə ərzində tam donana kimi soyuducuda saxlayın.

Şaftalıları xırda kub formasında doğrayın. Qaymağı şəkər pudrası ilə qarışdırıb, yaxşıca çalın. Sonra çalınmış qaymağın üzərinə doğranılmış şaftalıları əlavə edib, qarışdıraraq tortun içinə yerləşdirin. Tortun üstünü falqa kağızı ilə örtüb, qaymaq tam donana kimi soyuducuda saxlayın.

Tort qabını bir anlıq qaynar suya salıb, tez çevirib, boşqaba qoyun. Süfrəyə verərkən tortu şaftalı dilimləri ilə bəzəyib, üzərindən mürəbbə şirəsi ilə gəzdirin. Nuş olsun!


Tarix: 08.12.2012 / 14:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 469 Bölmə: Şirniyyatlar
loading...