Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abşeron tortu

Tərkibi:

3 st. un

4 yumurta

2 st.şəkər tozu

4 xörək qaşığı sirkə

0.5 çay qaşığı soda

4 xörək qaşığı mürəbbə suyu

1 paket vanil

Üstü üçün krem:

Kremşanti

1 st süd

Içi üçün krem:

1 banka qatlaşdırılmış süd

200 qr. kərə yağı

Hazırlanması:

Yumurta və şəkər tozu yaxşıca çalınır. Stəkana 4 xörək qaşığı sirkə tökürsən. Və üstünə 0.5 çay qaşığı sodanı onun üstünə töküb qaşıqla qarışdırırsan. Bu zaman sirkə köpürür. Bu qarışığı yumurta və şəkər tozu qarışığına töküb, sonra mürəbbə suyunu, vanilı əlavə edib, qarışdırırıq. Xəmiri 3 hissəyə bölüb bişiririk. Yağlanmış tavaya 1-ci hissə tökülür. 180°C-də əvvəlcədən qızdırılmış sobaya verilir. Üzəri qızılı rəng alanda götürülür. Digər hissələrdə bu qayda ilə bişirilir.Kekslərin arasina qatlaşdırılımış südlə 200 qr. kərə yağında hazırlanmış krem yayılır. Və qoz ovuntusu səpilir. Tortun üstünə kremşanti sürtülür.


Tarix: 08.12.2012 / 15:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 374 Bölmə: Şirniyyatlar
loading...