Ərzaqlar:
415 q un
155 q şəkər pudrası
230 q kərə yağı (otaq temperaturunda)
1 yumurta (54 qram)
2 q duz (bir çimdik)
0,5 ç.q. söndürülmüş soda (bunun əvəzinə 7 q qabartma tozu olar)
1 ç.q. vanilli şəkər
araxis (duzlu olmayan)
1 yumurtanın sarısı
1 x.q. soyuq su
Hazırlanma qaydası
Kərə yağını şəkər pudrası ilə ağarıncayadək çalın. Vanilli şəkər, duz, yumurta əlavə edib qarışdırın.
Unu qabartma tozu (və ya söndürülmüş soda) ilə qarışdırın, tədricən çalınmış yağa əlavə edərək qarışdırın.
Hazır xəmiri 8 mm qalınlıqda yayın. Dairələr kəsin. Ortalarında dəlik açın (butulka qapağından istifadə edə bilərsiniz).
1 yumurtanın sarısını soyuq su ilə çalıb korjiklərin üstünə çəkin. Sonra bunları əlinizə götürüb üzərinə xırdalanmış araxis səpin. Sininin içinə perqament döşəyin, yağlayın. Korjikləri üstünə düzün. 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin.
Nuş olsun!
Tarix: 08.12.2012 / 15:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1235 Bölmə: Şirniyyatlar