Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ləzzətli Şaftalı piroqu

Ləvazimatlar:

Un – 230 q

Yumurta – 2 ədəd

Kərə yağı – 110 q

Şəkər tozu – 200 q

Xama – 200 q

Soda – 1 ç.q.

Qabartma tozu – 1 ç.q.

Duz – bir çimdik

Vanil – 10 q

İçlik üçün:

Şaftalı – 3 ədəd (yetişmiş)

Şəkər tozu – 60 q

Qoz ləpəsi – 60 q

Darçın – 1 ç.q.

Hazırlanma qaydası

1. Xəmiri hazırlamaq üçün: kərə yağı və şəkər tozu mikserlə ağaranacan çalınır.

2. Kütləyə yumurta əlavə edilib yenidən çalınır.

3. Proses xama əlavə olunaraq yenidən təkrarlanır.

4. Un, vanil, qabartma tozu, soda, duz qarışdırılıb çalınmış kütləyə əlavə edilir və taxta qaşıqla qarışdırılır.

5. İçliyi hazırlamaq üçün: qabığı soyulmuş şaftalı dilimlənir, qoz ləpəsi orta böyüklükdə doğranılır, darçının üzərinə şəkər tozu əlavə edilir və qarışdırılır.

6. Xəmir iki hissəyə bölünür.

7. Kalka sərilmiş fomaya xəmirin bir hissəsi yayılır, üzərinə şaftalı dilimləri düzülür, şəkərli darçın və doğranılmış qoz səpilir.

8. İçliyin üzərindən ikinci xəmir hissəsi yayılır və yenidən birinci prosesdə olduğu kimi içlik qoyulub öncədən 180 dərəcəyədək qızdırılmış sobada 1 saat ərzində hazırlanır.

a. Bütün ərzaqlar otaq temperaturunda olmalıdır.

b. Piroq mütləq diametri 24 sm-dən az olmayan formada hazırlanmalıdır.


Tarix: 08.12.2012 / 15:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 324 Bölmə: Şirniyyatlar
loading...