Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Raffaello tortu

Ərzaqlar:

Xəmir üçün:

2 ədəd yumurta
1 stəkan şəkər tozu
2 büküm vanil şəkəri
200 qram qaymaq (yağlılığı 30%)
2 stəkan un
1 büküm qabartma tozu

Krem üçün:

200 qram xama (yağlılığı 20%)
200 qram qaymaq
3/4 stəkan şəkər tozu
3 büküm vanil şəkəri

Iç üçün:

200 грамм moruq, çiyələk
5-6 ədəd “Raffaello” konfetləri
Tortu bəzəmək üçün:
“Raffaello” konfetləri
1 paçka kokos ovuntusu

Hazırlanma qaydası:
2 yumurta, 1 stəkan şəkər tozu və 2 büküm vanil şəkərini qarışdırıb, yaxşıca çalın. Üzərinə 200 qram qaymaq əlavə edib, yenidən çalmağa davam edin. Sonra 2 stəkan un, 1 büküm qabartma tozu əlavə edib, yenidən qarışdırın.
Xəmiri əvvəlcədən yağlanmış xüsusi forma qabına töküb, 160-170 dərəcə qızdırılmış sobada 25 dəqiqə ərzində qızarana qədər bişirin.
Soyumuş korju iki eyni hissəyə bölüb, krem hazırlamağa başlayın.
Krem hazırlamaq üçün: xama, qaymaq, şəkər tozu və vanilini qarışdırıb, yaxşıca çalın.
Birinci korjun üzərinə kremi 1 sm qalınlığında sürtərək, üzərinə giləmeyvələri (moruq, çiyələk) düzün. Sonra giləmeyvələrin üzərindən nazik qatla krem çəkib, 5-6 ədəd blenderdən keçirilmiş “Raffaello” konfetlərin ovuntusunu kremin üstündən səpin. Sonra üzərinə ikinci korju yerləşdirin. Qalan kremlə tortun üstünə və kənarlarına çəkin.
Tortu bəzəmək üçün üzərinə yarı kəsilmiş “Raffaello” konfetlərini düzüb, üzərindən kokos ovuntusunu tortun hər yerinə səpin.
Nuş olsun


Tarix: 08.12.2012 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 529 Bölmə: Şirniyyatlar
loading...