Xəmir üçün:
1 ədət yumurta
bir yarım su stəkanı un
yarım stəkan ərinmiş yağ
yarım stəkan süd
15 qr yaş maya
yarım stəkan şəkər
1 çay qaşığı duz
Krem üçün:
3 şorba qaşığı un
1 su stəkanı süd
yarım su stəkanı şəkər
yarım çay stəkanı krem
üzərinə səpmək üçün pudra şəkəri.
Hazırlanması:
İlıq 1 su stəkanı südün içinə mayanı əlavə edin. Eyni qabın içinə maye yağ, şəkər, yumurta, duz, unu əlavə edib yoğurun. Yoğururken unu az-az tökün. Mayalanması üçün üstünü örtüb 30 dəqiqə qədər gözlədin.
Bir qazana unu, vanili, südü və şəkəri qoyub zəif atəşdə tündləşənə qədər qarışdırın. Krem tündləşdikdən sonra soyuması üçün bir az gözlədin. Soyuduqdan sonra üzərinə kremi əlavə edib qarışdırın. Beləliklə kremimiz də hazır oldu.
Mayalanan xəmirdən tenis topu boyda yumru kündələr kəsib düzəldirik, yağladığımız soba qəliblərinə qoyuruq. Sobanı 170 dərəcədə açıb bir az isitdikdən sonra xəmirləri sobaya veririk. Bir az qızarana qədər sobada bişirin. Bişən xəmirləri sobadan çıxardıqdan sonra soyumalarını gözləyirik. Soyuyan xəmirləri bıçaqla ortasından bir az kəsirik və içinə hazırladığımız kremi doldururuq. Son olaraq kremli priojnamızın üzərinə pudra şəkəri səpirik. beləliklə pirojnamız hazırdı. Nuş olsun!
Tarix: 08.12.2012 / 15:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 736 Bölmə: Şirniyyatlar