Ləvazimatlar
Un – 500 q
Kərə yağı – 150 q
Maya – 20 q
Yumurta – 1 ədəd
Süd – 200 q
Vanil – 5 q
Duz
İçlik üçün:
Qoz ləpəsi – 500 q
Şəkər tozu – 500 q
Hil – 4-5 ədəd
Şərbət üçün:
Şəkər tozu – 1 st.
Su – 1 st.
Üzəri üçün:
Yumurta sarısı – 2 ədəd
Zəfəran
Hazırlanma qaydası
1. Xəmiri hazırlamaq üçün: kərə yağı əridilir.
2. Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.
3. Ələnmiş una 1 ədəd yumurta, duz, süd-yağ qarışığı, vanil və maya əlavə olunub yumşaq xəmir yoğrulur.
4. Xəmir isti yerdə 30 dəq. saxlanılır.
5. İçliyi hazırlamaq üçün: qoz qozçələn maşından keçirilir, əzilmiş hil və şəkər tozu qarışdırılır.
6. Xəmir 12 kündəyə (2 kündə böyük olmaq şərtilə) bölünür.
7. Böyük kündələrdən biri açılıb formaya yayılır, üzərinə fırça ilə 2 x.q. ərinmiş kərə yağı çəkilir və bir az içlik səpilir. Digər kündələr də eyni qayda ilə yayılır, yağlanır və aralarına içlik əlavə edilir.
8. Formaya qat-qat yığılan laylar romb şəklində doğranılır. Hər paxlavanın üzərinə qoz ləpəsi qoyulur.
9. Üzərinə çəkmək üçün: zəfəran dəmlənir, 2 yumurtanın sarısı ilə qarışdırılıb paxlavanın üzərinə çəkilir. Paxlava öncədən 180 dərəcəyədək qızdırılmış sobaya yerləşdirilir.
10. Şərbəti hazırlamaq üçün: şəkər tozu ilə su qarışdırılıb odun üzərində 15 dəq. qaynadılır və soyudulur.
11. Paxlava sobada 20 dəq. qaldıqdan sonra çıxarılır, bir daha doğranılır və üzərinə 1 st. ərinmiş yağ gəzdirilib yenidən sobaya 15 dəq. yerləşdirilir.
12. Hazır paxlavanın üzərinə şərbət gəzdirilir və 5 dəq. sobadan saxladıqdan sonra çıxarılıb soyudulur.
Tarix: 08.12.2012 / 15:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 618 Bölmə: Şirniyyatlar