Düşbərəli gülkələm salatı
MATERİAL SİYAHISI:
1 gül kələmi
1 kasa düşbərə
1 pk. Göbələk
1 kasa qarğıdalı
3 köz qırmızı istiot
1 kasa qatıq
1 dəstə cəfəri
1 diş sarımsaq
Zeytun yağı
Duz
İÇİ:
Gül kələmi çiçəklərinə ayırırıq və qaynar suya qoyub 5 dəqiqə qaynadırıq. Göbələkləri kub doğrayırıq. Tavaya duru yağ tökürük və göbələkləri qovururuq. Göbələklər bişəndə altını bağlayırıq. Düşbərəni qaynadırıq və süzüb soyuduruq.
Qarışdırma qabına göbələyi, düşbərə, doğranmış köz biberi və cəfəri, qarğıdalı əlavə edirik. Brokkoli, bir az daha incə bölərək əlavə edirik. Zeytun yağını və duzunu tökürük, qarışdırırıq. Qatığın içinə sarımsağı rəndələyib çalırıq və salatının üstünə tökərək servis edirik.
Tarix: 14.05.2015 / 16:46 Müəllif: Nurana Baxılıb: 51 Bölmə: Salat tarifleri
loading...