Tərkibi:
300 q toyuq filesi
200 q koreya üsulu yerkökü
3-4 kartof
1 xiyar
2-3 yumurta
100 q basdırma edilmiş göbələk
10 q kartof çipsləri
150-200 q mayonez
1 çimdik duz
1 çimdik istiot
Hazırlanması:
Orxideya salatının bir neçə hazırlanma qaydası var. Fileni vetçina, basdırma edilmiş göbələyi qızardılmışı ilə əvəz etmək olar. Toyuq ətini suda tam bişirin. Koreya üsulu yerkökünü azca xırdalayın (Koreya üsulu yerkökünü hazırlamaq üçün 500 qr kökü saman kimi doğrayın. Sarımsağı və keşniş toxumunu əzin, duz, qırmızı və qara istiot, duz, 1 çimdik şəkər tozu ilə birlikdə yerkökü ilə qarışdırın. Bir soğanı çox xırda doğrayıb yağda qızardın. Sonra soğanı yağdan çıxarın. Yağı qaynar-qaynar kökün üzərinə gəzdirin. Sonra buna 1,5-2 x.q sirkə də əlavə edib qarışdırın). Kartofu suda qabıqlı bişirin. Yumurtaları suda qaynadın. Salat qabına öncə xırda doğranmış toyuq ətini döşəyin. Duz-istiot vurub mayonez çəkin. Kartofu təmizləyib kub-kub doğrayın, döşəyin. Duz vurub mayonez çəkin. Basdırma göbələkləri döşəyin.
Yumurtaları təmizləyin, ağını sarısından ayırın. Yumurta ağlarını sürtgəcdən keçirib göbələyin üstünə döşəyin. Koreya üsulu yerkökünü döşəyin. Azca mayonez çəkin. Xiyarı yuyub qurudun, xırda kub-kub doğrayıb döşəyin. Salatın üstünə və kənarlarına mayonez çəkin. Soyuducuda minimum 1 saat saxlayın.
Yumurta sarılarını sürtgəcdən keçirin. Kartof çipslərini salatın üstünə çiçək formasında düzün, aralarına yumurta sarısı səpin.
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:48 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Salat tarifleri