Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kələmli toyuq salatı resepti

Tərkibi:
300 q Çin kələmi (Pekin kələmi)
1 ədəd yerkökü
1 ədəd toyuğun döş əti
1 ədəd təzə xiyar
1 ədəd yumurta
1 dəstə göy soğan
Mayonez
Duz, istiot

Hazırlanması:
Toyugun döş ətini bişməyə qoyuruq.
Qaynamağa başlayanda içinə baş soğan, kök, dəfnə yarpağı və bir az duz əlavə edin ki, ət dad götursün.
Sonra süzün, qoyun bir az soyusun.
Kələmi də xırda doğrayın.
Göy soğanı da xırda-xırda doğrayın.
Xiyari da uzunsov formada doğrayın, kələmə uyğun olaraq.
Yumurtanı da xırda-xırda doğrayın. Hamısını böyük bir qaba töküb qarışdırın.
Duz, istiot və mayonez vurub bir daha qarışdırın. Salatımız hazırdır.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:35 Müəllif: Aziza Baxılıb: 17 Bölmə: Salat tarifleri
loading...