MATERİAL SİYAHISI:
3 pörtmüş kartof
2 su stəkanı qırmızı mərci
2 soğan
1 xörək qaşığı pomidor tomatı
1 xörək qaşığı istiot abqora
4 budaq təzə soğan
1 dəstə cəfəri
Zeytun yağı
Duz
İstiot
ÜZƏRİ ÜÇÜN:
1 kasa süzmə qatıq
1 dəstə şüyüd
1 ovuc içi qədər təzə nanə
Kornişon turşu
Zeytun yağı
İÇİ:
Kartofları qaynadırıq və soyuruq. Mərci də yuyuyruq, qaynadırıq. Pörtmüş mərcini süzürük. Qarışdırma qabına pörtmüş kartofları əzirik və pörtmüş mərcini də əlavə edirik. Soğanları yeməli doğrayırıq. Tavaya zeytun yağı tökürük. Soğanı qovururuq. Üzərinə tomatları qoyub qovurmaya davam edirik. Bu qarışığı da qarışdırma qabına əlavə edirik, qarışdırırıq və soyumağa qoyuruq. Soyuyanda, yaşıl soğanı və cəfəri incə-incə doğrayıb əlavə edirik. Duzunu və qara bibəri qoyuruq. Xərcimizi qarışdırırıq. Şüşə soba qabına salatı qoyuruq və qəlibə yayırıq.
Süzmə qatığı qarışdırma qabına alırıq. Təzə nanəni, şüyüdü incə nazik doğrayırıq. Kornişon turşu balaca balaca doğrayırıq. Doğrayan materialları da qatığa əlavə edirik. Zeytun yağını tökürük və çırpma teliylə qarışdırırıq. Salatının üstünə qatıq sousunu tökürük, üzərini spatula-la düzəldirik. Təzə nanə və şüyüd yarpaqları varsa rəngli turp kəsikləri bəzəyərək xidmət edirik.
Tarix: 03.02.2015 / 15:23 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Salat tarifleri