Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lobyalı göbələkli salat resepti

Tərkibi:
1 banka konservləşdirilmiş qırmızı lobya
200 qr marinadlaşdırılmış göbələk
1 ədəd soğan
2 ədəd yumurta
1 ədəd qırmızı bibər
1 paket kiçik dilimli suxari
200 qr ağ pendir (brınza)
3-4 x.q xama
0.5 dəstə şüyüd
5-6 ədəd kahı yarpağı

Hazırlanması:
Soğan xırda doğranılaraq yağda qovrulur və üzərinə göbələk əlavə edilərək qızardılır.
Yumurta sürtkəcin iri gözündən keçirilir, bolqar bibəri xırda-xırda doğranılır.
Əvvəlcə salat aralarına çəkəcəyimizi sousu hazırlayaq. Pendir, xama, xırda doğranmış şüyüd əlavə edib qarışdırılır.
Qaba yumurta yayıb üzərinə sous çəkilir.
Üzərində doğranmış qırmızı bibər yayılıb sous çəkilir.
Üzərinə suxarı dilimləri düzülüb yenidən sous yayılır.
Dördüncü qata göbələk və sous yayılır.
Sonuncu qata konservləşdirilmiş lobya qoyulur, üzərindən sous çəkilir.
Boşqaba kahı yarpaqları düzülür, salat tərs çevrilərək üzəri zövqə uyğun bəzədilir.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:41 Müəllif: Aziza Baxılıb: 35 Bölmə: Salat tarifleri
loading...