Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəlbdə rəngli salat
Qəlbdə rəngli salat

MATERİAL SİYAHISI:

2 pörtmüş kartof
1 bənövşəyi kələm
500 qr yerkökü
1 kasa istiotlu yaşıl zeytun
Sirkə
Qatıq
Mayonez
Zeytun yağı

İÇİ:

Bənövşəyi kələmi bir kasaya rəndələyirik. Duzunu atırıq və qarışdırırıq. Sirkəni tökürük və əlimizlə qarışdırırıq. Bu şəkildə rəngi dəyişənə qədər saxlayırıq. Yerkökü rəndələyirik. Tavaya zeytun yağı tökürük və yerkökü qoyuruq. Duzunu və qara bibəri də atırıq və qovururuq. Yerkökü yumşalana qədər bişiririk.

Pörtmüş kartofları əzirik, duzunu atıb qarışdırırıq. Altı olmayan dairəvi keks qəlibini boşqaba qoyuruq. İçinə kartofu qoyuruq və yatırırıq. Üzərinə bənövşəyi kələmi qoyub düzəldirik. Onun da üstünə qovurduğmuz yerkökü qoyuruq və düzəldirik. Qatqı, mayonez və bir az zeytun yağıyla çalırıq. Salatının üstünə qatıq sousu tökürük. İstiotlu zeytunları doğrayırıq və üzərinə qoyuruq. Qəlibindən ayıraraq xidmət edirik.


Tarix: 13.04.2015 / 17:32 Müəllif: Nurana Baxılıb: 79 Bölmə: Salat tarifleri
loading...