General salatı resepti
Tərkibi:
alma 2 ədəd
turp 2 ədəd
baş soğan 1-2 ədəd
kök 2ədəd
yumurta 3-5 ədəd
kartof 3-4 ədəd
mayonez
Hazırlanması:
Salat qabına əvvəllcə qaynadılmış və rəndələnmiş kartof qoyulur. Sonra zövqə görə duzlanır. Kartofun üstündən rəndələnmiş kök, turp, alma qoyulur. Üzərinə mayonez gəzdirilir.
Sonra qaynadılmış yumurta ağları, sonra yenə mayonez, sonra yumurta sarıları, yenə mayonez. Ən son təbəqədə yumurta sarısı və göyərti səpilir. Zövqə görə zeytunlarla da bəzədilə bilər.
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:30 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Salat tarifleri
loading...