Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiyələkli ispanaq salatı resepti

Həm çəki itirməniz köməkçi olacaq, həm də sizi tox tutacaq bir salat tərifimiz var.

Tərkibi:
Yarım kq çiyələk
Yarım kq körpə ispanaq
1 çay stəkanı badam
1 yemək qaşığı pendir

Sousu üçün:
1 yemək qaşığı alma sirkəsi
1 yemək qaşığı toz şəkər
4 yemək qaşığı zeytun yağı
1 çay qaşığı Worcestershire sous və ya xardal

Hazırlanması:
Sous üçün lazımlı olan bütün vəsaitləri blenderdan keçirin. Zeytun yağını əlavə edərək qarışdırın və soyuducunda təxminən 2 saat saxlayın. Çiyələkləri istədiyiniz kimi doğrayın. Körpə ispanaqları kasaya yerləşdirin. Üzərinə çiyələk və badamları səpin. Sousu salatın üzərinə gəzdirin. Son olaraq üzərinə pendiri də rəndələyib süfrəyə verin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:46 Müəllif: Aziza Baxılıb: 19 Bölmə: Salat tarifleri
loading...