Ərzaqlar:
Banan – 3 ədəd.
Narıngi (mandarin) – 3 ədəd.
Portagal (apelsin) – 2 ədəd.
Kivi – 2 ədəd.
Alma – 1 ədəd.
Yoqurt – 200 qr
Kişmiş – 50qr
şokolad - 50 qr
Hazırlanması:
Almanı soyub təmizləyin və dilimləyib boşqabın içinə düzün. Bananı,kivini və narıngini təmizləyib dilimləyin. Portagalın qabığını kiçik gözlü sürtgəcdən keçirin, portagalın özünü isə liflərdən təmizləyib dilimləyin. Hazırladığınız meyvələri boşqabda ardıcıllıqla almanın üstünə yığın. Bundan sonra salatın üstünə yoqurt əlavə edin. Sonda salatın üzərinə suda isladılıb qurudulmuş kişmiş, sürtgəcdən keçirilmiş şokolad və sürtgəcdən keçirilmiş portoğal qabığı əlavə edib süfrəyə verin.
Qeyd: Süfrəyə verməmişdən qabaq 20 dəqiqəliyə salatı soyuducuya yerləşdirsəniz daha yaxşı olar.
Nuş olsun!
Tarix: 29.11.2014 / 13:14 Müəllif: Aziza Baxılıb: 73 Bölmə: Salat tarifleri