İlan salatı resepti
Tərkibi:
2 banka qızılbalıq konservi
4 bişmiş yumurta
4 bişmiş kartof
3 ərinmiş pendir (üçbucaq qutularda)
1 diş sarımsaq
göyərti
duz
istiot
mayonez
Bəzək üçün:
1 banka kornişon (çox xırda duzlu xiyar)
1 banka zeytun
Hazırlanması:
Balıq konservini çəngəllə əzin. Yumurtanı, kartofu, pendiri, sarımsağı sürtgəcdən keçirib, doğranmış göy, duz, istiot, mayonez qataraq qarışdırın. İri sinidə bu qarışığa ilan forması verin. Zeytun və xiyarları eninə nazik halqalar şəklində doğrayıb salatın üstünə düzün.
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:05 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Salat tarifleri
loading...