Soya salat
MATERİAL SİYAHISI:
1 kasa meksika lobyası
1 kasa pörtmüş qarğıdalı
1 kasa soya filizi
7 kornişon turşu
2 köz istiot
1 limon
1 buruq
Zeytun yağı
İÇİ:
Qarışdırma qabına pörtmüş meksika lobya və qarğıdalıqoyuruq. Köz istiotu, turşu və soya filizini doğrayıb əlavə edirik. İçinə limon suyunu sıxırıq zeytun yağını tökürük. Duzunu atırıq və qarışdırırıq. Boşqaba buruq yarpaqlarını düzürük. İçinə salatı tökərək servis edirik.
Tarix: 20.04.2015 / 21:18 Müəllif: Nurana Baxılıb: 85 Bölmə: Salat tarifleri
loading...