Tərkibi:
Qızıl balıq - 200 q
Kartof - 3 ədəd
Un - 50 q
Yumurta - 1 ədəd
Qoz ləpəsi - 100 q
Göy soğan - 50 q
Nar dənələri - 100 q
Duru yağ - 100 q
Mayonez
Duz
Hazırlanması:
1. Kartof soyulur, sürtgəcdən keçirilir və duzlanır.
2. Qızıl balıq döyülür və duzlanır.
3. Kartof qaşıqla hamarlanıb tavada qızardılır.
4. Yumurta çalınır, qoz ləpəsi xırdalanır.
5. Balıq əvvəl una, sonra yumurtaya, daha snra isə xırdalanmış qoz ləpəsinə batırıb qızardılır.
6. Ərzaqlar mayonez çəkilmiş boşqabda lay-lay bu şəkildə düzülür:qıardılmış kartof kütləsi, mayonez, qıardılmış balıq, mayonez, xırda doğanılmış, göy soğan, yenə qızardılmış kartof kütləsi, mayonez, qızardılmış balıq, mayonez və nar dənələri.
Nuş Olsun!
Tarix: 23.11.2014 / 14:52 Müəllif: Aziza Baxılıb: 31 Bölmə: Salat tarifleri