Zeytunlu, xiyarlı salat resepti
Tərkibi:
1 banka yaşıl zeytun
3 ədəd yumurta
2 ədəd xiyar
100 q bərk pendir
1 dəstə şüyüd
Mayonez
Duz, istiot
Hazırlanması:
Əvvəlcə yumurta bişirilir, soyudularaq kub şəklində doğranılır.
Zeytun da şəkildəki kimi doğranılır.
Xiyar da şəkildəki kimi doğranılır.
Pendir sürtgəcin xırda gözündən keçirilir.
Şüyüd də xırda doğranılır və digər ərzaqların üzərinə əlavə olunur.
Duz, istiot və mayonez vurularaq hamısı bir yerdə yaxşıca qarışdırılır.
Salatımız hazırdır.
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:36 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Salat tarifleri
loading...