Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qatıqlı bənövşəyi kələm salatı
Qatıqlı bənövşəyi kələm salatı

MATERİAL SİYAHISI:

1 böyük kasa bənövşəyi kələm turşusu
1 kasa qarğıdalı
3 yerkökü
1 kasa süzmə qatıq
1 dəstə cəfəri
1 dəstə şüyüd
Zeytun yağı
Duz

İÇİ:

Bənövşəyi kələm turşusunu incə nazik doğrayırıq. Süzmə qatıqla qarışdırırıq. Boşqaba qatıqlı kələmi qoyuruq. Kökləri rəndələyirik və tavada az yağda qovururuq. Duzunu atırıq. Cəfəri və şüyüd doğrayırıq.

Qatıqlı kələminin üzərinə yerkökü qovurmasından əlimizlə top top alıb aralı olaraq qoyuruq. Aralarındakı boşluqlara da qarğıdalı qoyuruq. Kənarlara da doğranmış cəfəri və şüyüd qoyuruq. Üzərinə zeytun yağı tökərək servis edirik.


Tarix: 14.05.2015 / 15:07 Müəllif: Nurana Baxılıb: 34 Bölmə: Salat tarifleri
loading...