Badimcan salatı qatıqda
MATERİAL SİYAHISI:
3 köz badımcan
1 kasa qatıq
1 diş sarımsaq
Duz
FONU ÜÇÜN:
1 dəstə mini ispanaq
1 çimdik kəklikotu
2 köz qırmızı istiot
3 kokteyl pomidor
Zeytun yağı
İÇİ:
Köz badımcanları doğrayırıq. Qatqı çalırıq və içinə badımcanı əlavə edirik. Duzunu atırıq, sarımsağını rəndələyirik. Zeytun yağını da töküb qarışdırırıq. Boşqaba ispanaq yarpaqlarını və kəklikotunu yayırıq. Üstünə badımcan salatı qoyuruq. Üzərini pomidor və qırmızı istiotla bəzəyirik.
Tarix: 20.04.2015 / 17:10 Müəllif: Nurana Baxılıb: 69 Bölmə: Salat tarifleri
loading...