Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fransız sevgili salatı resepti

Tərkibi:
300 q toyuq filesi
2 baş soğan
1 st. ağ kişmiş
1-2 yerkökü
50 q pendir
1 st. qoz
2 portağal
şəkər tozu
duz
mayonez

Hazırlanması:
Toyuq filesini bişirin, soyudub doğrayın.

Soğanı doğrayıb üzərinə qaynar su tökün, 3 dəqiqə sonra süzün, sonra sirkə, duz və şəkər qarışığında marinə edin.

Kişmişi qaynar suda bir dəqiqə saxlayıb süzün.

Yerkökü və pendiri ayrılıqda sürtgəcdən keçirin.

Qozu xırdalayın.

Aralarına mayonez çəkməklə lay-lay düzün:

toyuq + marinə edilmiş soğan + kişmiş + yerkökü + pendir + qoz.

Salatı bir neçə saat soyuducuda saxlayın. Süfrəyə verərkən üzərini portağalla bəzəyin.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:27 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Salat tarifleri
loading...