Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaşıl almalı və çuğundurlu salat resepti

Tərkibi:
1-2 ədəd çuğundur (qaynadılmış)
1 ədəd yaşıl alma (misal üçün "Granny Smith" sortu)
1 ədəd baş soğan
Zövqə görə:
şüyüd
alma sirkəsi
bitki yağı
duz
istiot

Hazırlanması:
Sadə hazırlanması və yüngül olması üçün bu salat tez-tez sizin süfrənizin qonağına çevriləcək. Saytımızda çuğundurun tez hazırlanması barədə yazmışdıq və bu reseptdə həmçinin o məsləhətləri həyata keçirə bilərsiniz.

1. Yaşıl almanın qabığı soyulur və kubik şəklində doğranılır. Limon şirəsi səpilir.
2. Bişmiş çuğundur həmçinin kubik şəklində doğranılır.
3. Soğan xırda doğranılır.
4. Şüyüd xırda doğranılır.
5. Hazırlanmış inqredientlər salat qabına əlavə edilir.
6. Uzərinə bir qədər alma sirkəsi, bir damcı bitki yağı, duz və ətirli istiot əlavə edilib yaxşı qarışdırılır.
7. Beləliklə salat hazırdır! Az əmək sərf etməklə çox faydalı salat əldə etmiş oldunuz.


Nuş olsun!


Tarix: 23.11.2014 / 14:14 Müəllif: Aziza Baxılıb: 32 Bölmə: Salat tarifleri
loading...