Rubin salatı resepti
Tərkibi:
Ət
Soğan
Sirkə
Çuğundur
Kartof
Qara gavalı
Nar
Mayonez
Hazırlanması:
Əti bişirib soyudun, xırda doğrayın. Kartofu, çuğunduru ayrı qablarda suda bişirib soyudun, təmizləyib sürtgəcdən keçirin. Soğanı xırda doğrayıb sirkədə duz və istiotla marinə edin. Aralarına mayonez çəkməklə lay-lay düzün: Bişmiş ət + sirkədə marinə edilmiş soğan + çuğundur + kartof + qara gavalı + nar dənələri.
Nuş olsun!
Tarix: 23.11.2014 / 14:46 Müəllif: Aziza Baxılıb: 22 Bölmə: Salat tarifleri
loading...