MATERİAL SİYAHISI:
2 paket qızarmış çörək
1 kasa qatıq
3 xörək qaşığı mayonez
Yarım çay stəkanı zeytun yağı
Duz
ARASI ÜÇÜN:
4 yerkökü
1 kasa kornişon turşu
ÜZƏRİ ÜÇÜN:
2 qırmızı istiot
4 pörtmüş yumurta
1 dəstə şüyüd
İÇİ:
Kökləri soyuruq və rəndələyirik. Tavaya zeytun yağı tökürük və yerkökünü qovururuq .Kökün altını bağlayıb soyumağa qoyuruq.
Geniş bir qaba qatıq və mayonezi qoyuruq. Zeytun yağı və bir az da duz töküb çırpma teliylə qarışdırırıq. Qızarmış çörəkləri qatıq sosuna tamamilə batırırıq və maşayla çörəkləri alırıq. Düzbucaqlı şüşə soba xonçasına çörəkləri düzürük. Üstünə də qaşıkla bir az da qatıqlı sos tökürük. Qovrulmuş yerkökü qoyuruq və yayırıq. Kornişon turşuları nazik nazik doğrayıb kökün üstünə qoyuruq. Üstünə bir qat daha qatıq sosunadək bulaşmış çörək düzürük. Üstünə artan qatıq sousunu tökürük.
Pörtmüş yumurtaların ağını və sarısını ayrırıq İkisini də rəndənin kiçik hissəsinə ayrı qablara rəndələyirik. Qırmızı bibərləri balaca kub şəklində doğrayırıq. Salatın üzərinə cərgəylə olaraq bir sıra ağ yumurta, bir sıra sarı yumurta, bir sıra qırmızı istiot və bir sıra da şüyüd qoyuruq. Bu şəkildə xidmət edirik.
Tarix: 13.04.2015 / 11:34 Müəllif: Nurana Baxılıb: 40 Bölmə: Salat tarifleri