MATERİAL SİYAHISI:
1,5 su stəkanı arpa əriştə
1 köz qırmızı istiot
1 kasa qaeğıdalı
1 dəstə cəfəri
3 təzə soğan
1 kasa gilas pomidor
3 kiçik kahı
2 su stəkanı şalğam suyu
Zeytun yağı
İÇİ:
Arpa əriştəsini qaynadırıq. Duzunu atırıq. Əriştə pörtəndə altını bağlayırıq. Suyunu süzürük və üzərinə şalğam suyunu axıdırıq. Bu şəkildə rəngini alana qədər saxlayırıq. Rəngini alanda süzürük. Kuba stəkanların içinə 2-3 budaq balaca kahı yarpağı qoyuruq. Qarışdırma qabına arpa əriştə, qarğıdalı qoyuruq. Köz istiotu, təzə soğanı və cəfəri doğrayırıq və əlavə edirik. Zeytun yağını tökürük və qarışdırırıq. Kuba stəkanlara salatı bölüşdürürük. Üstlərinə ikiyə kəsilmiş gilas pomidorları qoyuruq. Ortalarına cəfəri batıraraq xidmət edirik.
Tarix: 13.04.2015 / 21:31 Müəllif: Nurana Baxılıb: 148 Bölmə: Salat tarifleri