Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Toyuq ətli salat resepti

Tərkibi:
2 ədəd toyuq filesi
0.5 ç.q xardal
0.5 ç.q quru paprika bibəri
Mayonez
0.5 ç.q duz
Bir neçə çür istiot - cəmi 0.5 ç.q
Suxarı (1 batonun 1/3 hissəsi)
50-70 q qara zeytun
Pendir
3-4 ədəd kahı yarpağı
1 x.q "Möcüzə" duru yağı

Hazırlanması:
Toyuğun filesini uzun-uzun doğrayırıq.
Sonra isə bu doğranmış əti duz, istiot və xardal qarışığında 20 dəqiqə basdırma kimi saxlayırıq ki, ət dad götürsün.
Daha sonra 1 x.q zeytun yağı ilə qızardırıq (7 dəqiqə, ət qızılı rəngdə olana qədər). Tez bir qaba boşaldın ki, soyusun.
Sonra kahı yarpaqlarını əlimizlə xırda parçalara bölürük və ətin üzərinə əlavə edirik.
Pendiri də kub formasında doğrayırıq.
Zeytunu da doğrayırıq. Əgər zeytunlar kiçikdirsə, onda bütöv əlavə edin. Suxarını da əlavə edin.
Bolluca mayonezləyirik və azca duz, istiot vururuq. Salatımız hazırdır.

Nuş olsun!


Tarix: 23.11.2014 / 14:17 Müəllif: Aziza Baxılıb: 84 Bölmə: Salat tarifleri
loading...