Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kartoflu ağlobya salatı

MATERİAL SİYAHISI:

4 pörtmüş kartof
1 qırmızı soğan
1 dəstə cəfəri
1 kasa kornişon turşu
1 limon
Zeytun yağı
Duz

İÇİ:

Pörtmüş kartofları kub doğrayırıq. Qırmızı soğanı salatlıq doğrayırıq. Kornişon turşu kub doğrayırıq. Cəfəri də incə nazik doğrayırıq. Boşqaba doğranmış kartofu qoyuruq. Soğan, cəfəri və turşu bir kasaya alırıq və qarışdırırıq. Bu qarışığı kartof üzərinə tökürük. Zeytun yağını və limon suyunu tökürük. Duzunu atırıq. Ortaya bir neçə budaq cəfəri batırırıq. İstəyə görə aralara qara zeytun qoyaraq xidmət edirik.


Tarix: 13.04.2015 / 13:24 Müəllif: Nurana Baxılıb: 69 Bölmə: Salat tarifleri
loading...