İstifadə olunan məmulatlar:
Kartof - 3-4 ədəd.
Baş soğan – 2 ədəd.
Kök – 4 ədəd.
Yumurta – 5-6 ədəd.
Toyuq əti – 150 – 200 qr
Mayonez – 150 qr
Şüyud – yarım dəstə
Sarımsaq –iki diş
Salatın hazırlanması:
Kartofu və kökü nazik –nazik uzununa doğrayin.Soğanı isə halqa şəklində doğrayın.
Az yağda tərəvəzləri növbə ilə qızardın və sonra salfetin üzərinə düzun ki, yağı çəkilsin.Toyuq ətini bişirib ( həm qaynada həm də qizarda bilərsiniz) lifləri istiqamətində didin.Yumurtanı sarisından ayırın.
Yumurtanın ağini uzununa doğrayıb qızardılmış tərəvəzlər, mayonez və toyuq əti ilə birlikdə qarışdırın.Üzərinə xirda doğranmış sarımsaq və ya xardal əlavə edə bilərsiniz.
Alınmış kütləni boşqabda yerləşdirin , orta hissəsini dərinləşdirib quş yuvası formasına salın.Yumurtanın sarısını mayonezlə qarışdırıb üzərinə xırda – xırda doğranmış süyüd əlavə edin. Alınmış kütlədən dairəvi uzunsov formada "quş yumurtaları" düzəldin.Daha sonra bu "yumurtaları" yuvanın mərkəzində yerləşdirin.
Beləliklə salat hazırdır
NUŞ OLSUN!
Tarix: 29.11.2014 / 13:18 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Salat tarifleri