Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Evimizdəki mikrob yuvaları

Çoxumuz onların təmizlik vasitəsi olıduğunu hesab edirik. Amma araşdırmalar nəticəsində məlum olub ki, evimizi gigiyenik baxımdan təmizləyən vasitələrin əksəriyyəti mikrob yuvasıdır. Onların arasında mətbəx taxtasından paltaryuyan maşına qədər bir çox ev əşyası var.

Qab yumaq üçün süngərlər: evimizdə olan ən mikroblu əşya mətbəx süngəridir. Amerika ziraət palatasının araşdırmaları nəticəsində məlum olub ki, ən təsirli dezinfeksiya metodlarından biri mikro dalğalı sobadır. Bu səbəblə də hər axşam mətbəxdə işiniz bitdikdən sonra süngərinizi mikro dalğalı sobada 1 dəqiqə saxlayın.

Mətbəx çanağı (Rakvina): Bu, süngərdən sonra ən mikroblu yerdir. (Hətta tualetdən də çox) Hər istifadədən sonra mətbəx çanağınızı təmizləyici spreylə yuyun, qurulayın və isti su ilə yaxalayın.

Doğrama taxtası: Arizona universitetinin akademiki bir mikrobiologun araşdırmaları nəticəsində məlum olub ki, doğrama taxtasında unitazın oturacağından 200 dəfə çox bakteriya var. Taxtanı təmizləmək üçün qabyuyan maşına qoyun, üstünə sirkə püskürdün, bütün gecə qalsın. Daha sonra yüksək hərarətli mikro dalğalı sobada 30 saniyə saxlayın.

Diş fırçaları: Diş fırçanızı tualetdən uzaq, qapalı bir şkafda dik yerləşdirin. Beləcə üzərində olan su damcıları süzüləcək. İslaq diş fırçalarını isə əsla qapalı bir yerdə saxlamayın. Fırçaların bir-birinə toxunmasının qarşısını alın. Fırçaları ən yaxşı təmizləmə metodu isə onları ağız (diş əti) qarqarası suyunda saxlamaqdır.

Paltaryuyan maşın: Bu ev əşyası hətta sizi xəstə də edə bilər. Alt paltarları ilə cib yaylıqlarınızı eyni vaxtda yumayın. Alt paltarlarını həmişə ayrı yuyun. Paltaryuyan maşını təmizləmək üçün isə ayda bir dəfə içinə sirkə tökərək isti rejimdə işlədin. Yuyulmuş paltarları isə sərməyə tələsin. Çünki mikrob nəm paltarlarda sürətlə çoxalır.

Duş pərdələri: Hər duşdan sonar pərdələri silin və qurulayın. Duş pərdələri hər gün islanır və çox vaxt uzun müddət belə qalır. Bu səbəblə də kifin inkişafı üçün əlverişli şərait meydana gəlir.

Zibil qutuları: Xüsusilə mətbəxdə və vanna otağında olan zibil qutularında hökmən kif var. Zibilləri boşaltmaq bu kifləri təmizləməz. Mikrob olmadığından əmin olmaq üçün zibil qutularını fırça və xlorla yuyun.

Qabyuyan maşın: Qabyuyan maşınların qapağının kənarlarına diqqətlə baxın. Çünki bu qismdə mikrobları, çirkləri, kifləri görəcəksiniz. Bu qismi də fırça və təmizləyici vasitələrlə təmizləyin.


Tarix: 08.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 50 Bölmə: Saglamliq
loading...