Kofe faydalı olmaqla yanaşı aludəçilik yaradır və müəyyən zərərləri var. Aparılan bir tədqiqata görə çoxlu kofe içmək uzun ömrlülüyə təsir edir.
Ona görə də bəzi insanlar kofedən istifadə edərkən ehtiyatlı olmalıdırlar. Təl Əviv Universitetində aparılan araşdırma çoxlu kofe içənlərdə DNT zəncirinin sonunda olan telomerlərin qısaldığını göstərib. Telomerlər, insanın ömür müddəti ilə əlaqədar strukturlardır. Həmçinin DNT-ni təhlükədən qoruyur.
Onların qısa olması ürək xəstəliyinə, ağlını itirməyə və ölüm riskinin artmasına təsir göstərir. Kofedən çox istifadə olunması daha çox ürəyə təsir göstərir.
Onun tərkibindəki kofein ürək döyüntülərində qeyri tarazlıqlar yaradır, ürəyin tez-tez döyünməsinə səbəb olur.
Məhz buna görə də ürək xəstələri kofedən az istifadə etməlidir.
Tarix: 08.01.2015 / 12:04 Müəllif: Aziza Baxılıb: 27 Bölmə: Saglamliq