Gündə 11 saatdan artıq işləmək ürək xəstəliyi riskini artırır, bunu Böyük Britaniya ekspertləri deyir.
Normal iş saatları isə səhər saat 9-dan axşam 5-dək sayılır.
Daxili Tibb Tarixi mərkəzində deyirlər ki, ürək xəstəlikləri riski uzun saatlar ərzində işləyən insanlarda 67 faiz artıqdır.
London Kollec Universitetinin (The University College London) alimləri bu nəticəyə 1985-ci ildən bəri 7000 məmur üzərində apardıqları tədqiqatdan sonra gəliblər.
Onlar hesab edirlər ki, həkimlər xəstələri müayinə edərkən onlardan iş saatları barədə soruşmalıdırlar.
Professor Mika Kivimäki deyir: "Həkim qəbulunda iş saatları barədə sualların verilməsi sadə və faydalı bir üsuldur, təhqiqatımız göstərir ki,
bu standart bir təcrübəyə çevrilməlidir".
O, deyir ki, bu nəticə həmçinin uzun saatlar işləyən, xüsusilə də ürək riski faktorları olan insanların özləri üçün bir xəbərdarlıq olmalıdır."
11 il davam edən təhqiqatda iştirak etmiş insanlardan 192-i ürək iflicinə məruz qalıb.
11 saat və yaxud bundan daha artıq işləyən insanların daha az işləyən insanlarla müqayisədə ürək xəstəliklərinə tutulma riski 2 dəfə artıq olub.
İnsanlarda mövcud ürək riski faktorlarına, məsələn yüksək qan təzyiqi faktoruna uzun iş saatlarının da əlavə olunması alimlərin fərziyyələrini
daha da dəqiqləşdirmiş olub.
Onlar deyirlər ki, əgər həkimlər ürək xəstəlikləri barədə suallarına uzun iş saatları barədə sualı da əlavə etsələr, onda Britaniyada hər il 6000 daha artıq xəstədə ürək xəstəliyi aşkar edərlər. Hər il Britaniyada ürək xəstəliklərinə tutulanların sayı 125 mindən artıqdır.
Tarix: 08.01.2015 / 14:08 Müəllif: Aziza Baxılıb: 20 Bölmə: Saglamliq