Bu pəhriz adətən piylənmə zamanı həkimlər tərəfindən tövsiyə olunur. Yemək bişirəndə xörəyi, ümumiyyətlə, duzlamaq olmaz, amma tam dadsız olmasın deyə, süfrəyə verməzdən əvvəl üzərinə azca duz səpin. Ümumilikdə gündəlik duz qəbulu 3-4 qramdan çox olmamalıdır. Bundan əlavə, gündə 4-5 dəfə, amma az-az yeyin. Unutmayın, süfrədən duranda doymazlıq hissi qalmalıdır.
Arıqlamaq istəyirsinizsə, mayalı xəmirdən hazırlanan un məmulatları – makaron, mürəbbə, üzüm, şəkər, banan, ədvalar, turşular, hisə verilmiş istənilən məhsul, acı və turş yeməklər, qarpız və yarmalardan imtina etməlisiniz. Qədərini bilmək şərtilə yağsız ət və balıq, yağsız şorba, buğda unundan hazırlanan çörək, tərəvəz, yumurta, kəsmik, çay, qəhvə (kartof, çuğundur və süd məhsullarından nə qədər az olsa, bir o qədər yaxşıdır) yemək olar.
Ümumilikdə gün ərzində 130 qram zülal, 90 qram piy və 120 qram karbohidrat qəbul etmək lazımdır.
Tarix: 28.12.2012 / 13:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 269 Bölmə: Saglamliq