Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Şirniyyat sevənlər üçün pəhriz

Əgər şirniyyata olan sevginiz pəhriz saxlamağınıza mane olarsa, hər səhər bir stəkan ilıq suya bir çay qaşığı bal əlavə edib, acqarına için. Bal qanı qlükoza ilə təmin edəcək. Beləcə, orqanizmin gündəlik şirniyyata tələbatı ödəniləcək. Bu, həm də səni gün ərzində tox saxlayacaq.
- Əgər iştahana qarşı çıxa bilmirsinsə, pəhriz saxlamağa süd məhsullarından başla.

- Gün ərzində ancaq qatıq, süd, yoqurt və ya kəsmik yemək mədədə toxluq hissi yaradacaq.

- Çox yağlı süd məhsullarından imtina et. Yağlı süd məhsulları həm saçlarda kəpək yaradır, həm də arıqlama prosesini ləngidir.

- Qatıq yeyə bilmirsənsə, onu tənzifdən keçir. Daha ləzzətli olması üçün istədiyin meyvəni sürtgəcdən keçirib, süzmə ilə qarışdırıb ye.

- Pəhriz zamanı pendirdən mütləq imtina et. Pendirin yağlılığı maksimum, xeyri isə minimumdur.


Tarix: 28.12.2012 / 13:40 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 173 Bölmə: Saglamliq
loading...