Əvvələr mütəxəssislər hesab edirdilər ki,şokolad hər iki cinsin sağlamlığı üçün faydalı qida elementidir,ancaq son tədqiqatlar daha da kompleks nəticələrin aşkarlanmasına kömək etmişdir.Şotlandiyanın Aberdin universitetindən olan alimlər müəyyən etmişlər ki,şokolada olan sevgidə kişilərin qazancı qadınlara nisbətən daha çoxdur.Təcrübələr seriyası göstərdi ki,kişi orqanizmi şokoladı daha asan mənimsəyir.Bu səbəbdən də onlarda pozitiv effekt daha güclü alınır. Tünd şokolad onları insult və ürək xəstəliklərindən qoruyur və ürək-damar sistemi problemlərini aradan qaldıran bu mühafizə sistemi qadınlara nisbətən kişilərdə daha effektli fəaliyyət göstərir.26 qadın və 16 kişidən ibarət qrup üzərində aparılan tədqiqatlar zamanı müəyyənləşmişdir ki,isti və tünd şokoladın qəbulu hər iki cinsdə eyni dərəcədə qanyaranma və müdafiə sitemlərini işə salsa da davam etmə müddətləri iki dəfəyədək fərqlənmiş olur.Beləki,qadınlarda bu proses 2,kişilərdə isə iki dəfə çox,yəni 4 saata qədər davam etmiş olur.Şokoladın bu təsiri isə onun tərkibindəki kakao ilə əlaqədardır.Kakaonun flavanoidləri dövredən angiogen hüceyrələrin sayını artırmaqla ürək-damar sistemində rast gəlinən biləcək hər hansı çatışmazlığın qarşısını almaqla onu xəstəliklərdən qorumuş olur.
Tarix: 09.01.2013 / 22:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 128 Bölmə: Saglamliq